“Araz-Naxçıvan” 10-cu əcnəbi futbolçunu transfer edib
Bakı, 9 avqust, AZƏRTAC
“Araz-Naxçıvan” 10-cu əcnəbi futbolçunu transfer edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Premyer Liqa təmsilçisi qapı xəttini gücləndirib.
Naxçıvan klubu moldovalı Kristian Avramla birillik müqavilə bağlayıb. 193 sm boya malik olan və Moldova millisinə çağırılan 29 yaşlı qolkiperin son klubu vətənində “Petrokub” olub. Buna qədər o, Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo-Avto”, “Daçiya” komandalarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsində Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike və İqor Ribeyro kimi əcnəbiləri transfer edib. Klub, eyni zamanda, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev və Zamiq Əliyevlə anlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]