“ARAZ” ÖLKƏMİZİ FUTZAL ÜZRƏ AVROPA ÇEMPİONLAR LİQASINDA TƏMSİL EDƏCƏKDİR
Qitənin 32 komandasının 8 yarımqrupda mübarizə aparacağı yarışlarda “Araz” Bosniya və Herseqovinanın Mostar şəhərində Hollandiyanın “De Hommel”, Belçikanın “Kristal Noir” və yerli “Karaka” komandaları ilə eyni qrupda mübarizə aparacaqdır.
Hazırda Bakı İdman Sarayında təlim-məşq toplanışı keçən komanda bu mötəbər yarışlara hazırlıq məqsədi ilə bir neçə yoldaşlıq görüşündə gücünü sınamışdır. Baş məşqçi Hacıbala Abdullayevin yetirmələri Gürcüstan çempionu “İberiya”nı (8:1), Ukraynanın “Dneprspesstal” (4:2), “Kiyev” (3:1), “Zaporojye” (5:1), Bakının “Azfen” (5:4) komandalarını məğlub etmişlər.
On bir nəfərlik komandamız oktyabrın 16-da Mostar şəhərinə yola düşəcək.
Əvvəlki illərdə Avropa çempionlar liqasında ölkəmizi Tovuzun “Turan air” və Bakının “AMMK” komandaları təmsil etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]