ARDNŞ-in Ekologiya İdarəsi “Təmiz şəhər” ASC ilə birgə monitorinq keçirəcəkdir
Bakı, 5 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi və “Təmiz şəhər” ASC Bakının müxtəlif ərazilərində məişət tullantıları ilə çirkləndirilən qeyri-qanuni tullantı poliqonlarının müəyyənləşdirilməsi və ləğv edilməsi sahəsində yaxından əməkdaşlıq edir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətə məxsus mədən ərazilərində belə poliqonların mövcudluğunu araşdırmaq məqsədi ilə Ekologiya İdarəsi və “Təmiz şəhər” ASC-nin mütəxəssislərindən ibarət birgə işçi qrupu yaradılmışdır. Qrupun mütəmadi olaraq reydlər keçirərək müşahidələr aparması və mədən ərazilərində qanunsuz olaraq yaradılmış məişət tullantı poliqonlarının ləğv edilməsi ilə əlaqədar müvafiq təkliflər hazırlaması nəzərdə tutulmuşdur.
ARDNŞ-in idarə və müəssisələrində formalaşan istehsalat tullantılarının toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi sahəsində fəaliyyəti gücləndirmək üçün Ekologiya İdarəsi ilə “Təmiz şəhər” ASC-nin əməkdaşlığı gələcəkdə daha geniş davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]