Arina Kaluqina Qazaxıstanda keçirilən turnirdə Azərbaycana bürünc medal qazandırıb
Astana, 4 oktyabr, AZƏRTAC
Almatıda keçirilən fiqurlu konkisürmə üzrə “Denis Ten” beynəlxalq turnirində ilk medal dəsti təqdim olunub.
AZƏRTAC Qazaxıstan Milli Olimpiya Komitəsinə istinadla xəbər verir ki, turnirdə yeniyetmə qadınların yarışında ilk üçlüyə daxil olan qaliblər müəyyən edilib.
Kim Hin-Hi (Cənubi Koreya) 179,24 xalla yarışın qalibi olub. Onun komanda yoldaşı Kim Min Sun 171,33 xalla ikinci yeri tutub. Arina Kaluqina (Azərbaycan) 167,24 xalla bürünc medal qazanıb.
Builki turnirdə Qazaxıstan, Azərbaycan, Kanada, Çin, Finlandiya, Gürcüstan, İtaliya, Cənubi Koreya, İsveç, ABŞ, Estoniya, İspaniya və Almaniyadan tanınmış fiqurlu konkisürənlər iştirak edirlər.
“Denis Ten Memorial Challenge” turniri Qazaxıstan Fiqurlu Konkisürmə İttifaqı və Denis Ten Fondunun təşkilatçılığı ilə hər il keçirilir. Turnir 2014-cü il Olimpiya Oyunlarında bürünc medal qazanmış qazaxıstanlı fiqurlu konkisürən Denis Tenin adını daşıyır. İlk turnir 2019-cu ildə keçirilib və 2021-ci ildən etibarən yarışlar “Challenger” seriyasının bir hissəsidir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]