“Arpaçay” klubunun 4 karateçisi II MDB Oyunlarında medal qazanıb
Bakı, 16 avqust, AZƏRTAC
Belarusun paytaxtı Minskdə keçirilmiş III MDB Oyunlarında medal qazanan Azərbaycan karateçiləri arasında “Arpaçay” karate klubunun üzvləri də var.
AZERTAC xəbər verir ki, yarışda fərqlənən Ramil Baxşəliyev, Roman Heydərov, Zəhra Qurbanzadə və Hüseyn Məmmədli məhz bu klubun təmsilçiləridir.
Yarışda Baxşəliyev və Heydərov qızıl, Qurbanzadə və Məmmədli isə bürünc medal əldə ediblər.