“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib
Bakı, 26 iyul, AZƏRTAC
"Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan artilleriyaçılarının da qatıldığı müsabiqədə 11 ölkədən komanda iştirak edir. İştirakçılar döyüş texnikasını qəbul etdikdən sonra silahlardan sınaq atışları icra edəcəklər.