Arxeoturizmlə bağlı iri layihələrin gerçəkləşdirilməsinin vaxtı çatmışdır
Bakı, 8 fevral (AZƏRTAC). Arxeoturizmlə bağlı layihələrin həyata keçirilməsi ilk növbədə tarixi-memarlıq abidələrimizin tanıdılmasına xidmət edəcəkdir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, tarixi-memarlıq abidələrimizi həm yerli vətəndaşlar, həm də ölkəmizdə səfərdə olan turistlər tanıyıb maraq göstərəcəklər. Bu abidələrin tanınması əhalini xeyli maarifləndirəcək, arxeoloji-tarixi abidələrimizin dağıdılmasının qarşısı alınacaqdır. Ən əsası, arxeoturizmin inkişafı bütövlükdə bölgənin, ümumilikdə götürüldükdə isə, respublikamızın iqtisadi imkanlarını artıracaq və turizm potensialını yüksəldəcəkdir.
Layihələrin nəticələri internet səhifələrinə yerləşdirildikdən sonra xarici tədqiqatçılar, araşdırmaçılar əsl həqiqəti biləcək, dürüst elmi məlumatlara yiyələnəcək, bu abidələrin həqiqətən Azərbaycan xalqının milli sərvəti, tarixi yaddaşı olduğunu anlayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]