ASLAN ABAŞİDZE ACARISTAN MUXTAR RESPUBLİKASININ SƏRHƏDLƏRİNİ YENİDƏN BAĞLAMIŞDIR
Bu günlərdə “Kmara” (Bəsdir) təşkilatının bəzi üzvlərinin Batumidə hüquq mühafizə orqanları əməkdaşları tərəfindən tutulub saxlanması vəziyyəti yenidən gərginləşdirmiş və Aslan Abaşidze yenidən fövqəladə vəziyyət elan olunması barədə sərəncam vermişdir. Acarıstan parlamentinin senatı fövqəladə vəziyyətin müddətinin yanvarın 8-dən uzatmışdır.
Aslan Abaşidze bildirmişdir ki, Gürcüstanda sabitlik yenidən pozulduğu üçün Acarıstanda fövqəladə vəziyyətin vaxtını uzatmağı qərara almışdır. Respublikanın ərazisində “Kmara” gənclər qrupu fəaliyyət göstərir. Bu qrupun fəallarında silah, hərbi sürsat, hökumət əleyhinə intibahnamələr aşkar edilmişdir. Ona görə də Muxtar Respublikada konstitusiya quruluşunu müdafiə etmək, əmin-amanlığı qorumaq və fövqəladə vəziyyətin müddətini uzatmaq zərurəti meydana çıxmışdır.