Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-NIN MONİTORİNQ KOMİTƏSİNİN İCLASI PREZİDENT HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİN ANILMASI İLƏ BAŞLANDI

Yanvarın 7-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin növbəti iclası keçirilmişdir. Gündəliyə Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan və digər Şərqi Avropa ölkələrinin AŞ qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi vəziyyəti məsələləri çıxarılmışdı. Bayram tədbirləri ilə əlaqədar Rusiya nümayəndə heyəti gəlmədiyindən və Gürcüstanda keçirilmiş prezident seçkiləri yenicə başa çatdığından hər iki ölkə ilə bağlı məsələnin müzakirəsi təxirə salındı.

Azərbaycan nümayəndə heyətinin üzvü Bəxtiyar Əliyev iclas barədə AZƏRTAC-ın müxbirinə müsahibə verərək demişdir:

-İclas başlayan kimi, komitənin sədri fransalı deputat Jozet Druye və deputatlar dünyanın tanınmış siyasətçisi və görkəmli dövlət xadimi Prezident Heydər Əliyevin xatirəsini yad etdilər, ölkəmizdə demokratiyanın inkişafı və Azərbaycanın Avropa Şurasına üzv olması sahəsində onun əvəzsiz xidmətlərini yüksək qiymətləndirdilər və nümayəndə heyətimizə başsağlığı verdilər.

Ermənistanın öhdəlikləri ilə bağlı məsələ müzakirə edilərkən biz məruzənin qətnamə layihəsinin 26-cı bəndinə qəti etirazımızı bildirdik və ona düzəliş olunmasını təklif etdik. Qətnamədə Dağlıq Qarabağ münaqişəsi və işğal olunmuş ərazilər ifadəsi işlədilmişdir. Ermənilər növbəti hiyləyə əl ataraq, mətndə hansı ərazilərin kim tərəfindən işğal edildiyini qəsdən göstərməmişdilər. Belə çıxırdı ki, Dağlıq Qarabağ ayrıca subyektdir və işğal edilmiş ərazilərimiz isə mücərrəd qalırdı. Bu məsələ ilə bağlı çıxışımda həmin bəndin qətmanədə Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və digər əraziləri ilə bağlı problemin həlli üçün heç bir addım atmadığı və münaqişənin həllinin ləngidildiyi kimi öz əksini tapması təklifini irəli sürdüm. Ermənistan nümayəndə heyəti buna kəskin etiraz edərək bildirdi ki, münaqişə Ermənistanla Azərbaycan arasında deyil, Dağlıq Qarabağ ilə Azərbaycan arasında mövcuddur. Erməni deputatlar yenə də Dağlıq Qarabağın heç vaxt Azərbaycanın olmadığını iddia etməyə başladılar. Onların çıxışları komitə üzvləri tərəfindən gülüş və istehza ilə qarşılandı.

Bu məsələ ətrafında çıxış edən deputatlar bildirdilər ki, AŞ hər bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır və Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Hətta ingiltərəli deputat Devid Atkinson dedi ki, Dağlıq Qarabağ nəinki Azərbaycanın ərazisidir, ümumiyyətlə, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir. Bu məsələdə Ermənistan nümayəndə heyətinin hər hansı etirazının heç bir məntiqi əsası yoxdur.

Ermənistan nümayəndə heyətinin etirazına baxmayaraq, 26-cı bəndlə bağlı təklif etdiyimiz düzəliş qəbul olundu. Dağlıq Qarabağın və ona bitişik ərazilərimizin işğal edilməsi faktı Ermənistanın öhdəlikləri yerinə yetirməsi barədə komitənin qəbul etdiyi rəsmi sənəddə öz əksini tapdı. Bu, bizim üçün mühüm məsələ idi. Çünki qarşıda Dağlıq Qarabağ problemi ilə bağlı məsələnin müzakirəsi durur.

Azərbaycanın götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələsi komitədə geniş müzakirəyə səbəb oldu. Ölkəmizlə bağlı məruzə dekabrın 19-da hazırlandığından ondan sonrakı dövrdə Milli Məclis tərəfindən qəbul olunmuş və edilməkdə olan bəzi qanunlar orada öz əksini tapmamışdı. Buna görə məruzənin qətnamə layihəsi gerçəkliyi tam əks etdirmirdi. Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun bununla bağlı komitənin sədri J.Druyeyə ünvanladığı məktub bir daha deputatların nəzərinə çatdırıldı. Məktubda ölkəmizin götürdüyü öhdəlikləri yerinə yetirməsi bənd-bənd göstərilmişdi. Son vaxtlar isə üç qanun layihəsinin müzakirəyə çıxarıldığı, onlardan birinin beynəlxalq ekspertlər qrupuna, digərinin isə ATƏT-in Bakıdakı ofisinin rəhbərinə göndərildiyi bildirildi. Komitə üzvləri buna çox müsbət yanaşdılar.

Mübahisə doğuran ikinci məsələ ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı idi. Avropa Şurasında belə fikirlər səslənirdi ki, əgər 600 məntəqədə seçkilərin nəticələri MSK tərəfindən ləğv edilibsə, bu isə məsuliyyət daşıyanlar barədə müəyyən tədbirlər görülməli idi. Bununla bağlı çıxışımda bildirdim ki, həmin seçki məntəqələrində pozuntuya yol vermiş şəxslər barədə qanuna müvafiq tədbirlər görüləcəkdir. Bu məlumatdan sonra məruzənin qətnamə layihəsində həmin bəndlə əlaqədar düzəliş edildi və pozuntulara yol vermiş şəxslərin məsələsinə baxılması fikri öz əksini tapdı. Bu isə Seçki Məcəlləsinə tam uyğundur.

B.Əliyevin sözlərinə görə, məruzədə öz əksini tapmamış və Milli Məclis tərəfindən sonradan qəbul olunmuş və olunacaq qanunlarla bağlı məsələlər yanvar sessiyasının gedişi zamanı məruzədən çıxarılacaqdır. ATƏT-ə və digər qurumların ekspertlərinə göndərilmiş qanun layihələrinə gəldikdə isə, yay sessiyasınadək Azərbaycan tərəfinin onları bir daha nəzərdən keçirərək qəbul etməsi də qərarda öz əksini tapdı. Beləliklə, ölkəmizin öhdəliklərini yerinə yetirməsinin yekunu kimi onun iyun sessiyasında müzakirəyə çıxarılması məqsədəuyğun hesab edildi.

İclasda çıxış edən komitə üzvləri Azərbaycanın öz öhdəliklərini yerinə yetirdiyini, respublikamızın Prezidenti İlham Əliyevin qısa bir vaxtda çox böyük və qətiyyətli addımlar ataraq əfv fərmanı verməsini, demokratik proseslərin daha da dərinləşməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdilər. Onlar demokratiyanın daha da inkişaf etdirilməsində və müəyyən addımlar atılmasında AŞ-nin Azərbaycan Prezidentini dəstəkləyəcəyinə əmin olduqlarını bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq