Astana, Bakı və Daşkənd Avropaya enerji körpüsü qurur
Astana, 11 mart, AZƏRTAC
Qazaxıstan parlamenti Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında “Yaşıl enerjinin istehsalı və ötürülməsi üzrə strateji tərəfdaşlıq Sazişi”ni təsdiqləyib.
AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, bu sənəd dövlət başçıları tərəfindən 13 noyabr 2024-cü il tarixində Bakıda keçirilən COP-29 konfransı çərçivəsində imzalanıb.
Layihə Qazaxıstanı Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi”nin yaradılmasını nəzərdə tutur. Əsas elementlərdən biri Xəzər dənizinin dibi ilə Qazaxıstan və Özbəkistandan Azərbaycana yüksəkgərginlikli, dərin dəniz, sabit cərəyan (DC) kabelinin çəkilməsidir. Sonradan oxşar Qara dəniz layihəsi vasitəsilə Avropaya enerji ixracı həyata keçiriləcək. Saziş, həmçinin yaşıl ammonyak və hidrogeni əhatə edir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]
® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
- 10.06.2026 [13:32]