Astarada 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü ilə bağlı tədbirlərə başlanmışdır
Astara, 15 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, rayonun təhsil və mədəni-maarif müəssisələrində qanlı faciə ilə ilə bağlı konfranslar, ədəbi-bədii gecələr, şeir və rəsm müsabiqələri, idman yarışları keçirilir, faciənin dəhşətlərini əks etdirən sərgilər təşkil edilir. “Astara” qəzetində 20 Yanvar faciəsi ilə bağlı müxtəlif yazılar və fotoşəkillər dərc olunur.
Ümumxalq hüzn gününədək şəhər, qəsəbə və kəndlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların şərəfinə ucaldılmış abidələr təmir ediləcək, rayonun bütün məscidlərində dini mərasimlər təşkil ediləcəkdir. Yanvarın 19-da rayonun bütün ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçiləcəkdir. Yanvarın 20-də ümumxalq hüzn günü ilə əlaqədar rayonun ərazisində dövlət bayraqları endiriləcək, Şəhidlər xiyabanında mərasim olacaq, saat 12.00-da bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, avtomobillərdən səs siqnalları veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]