ASTARADA 4 MƏKTƏB BİNASININ AÇILIŞI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 15-də Astara rayonunda dörd məktəb binasının açılışı olmuşdur.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Astara şəhər 4 nömrəli orta məktəbi üçün inşa edilən 460, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq rayonun Şiyəkəran kənd 2 nömrəli orta məktəbi üçün 420 və Şahağac kənd 2 nömrəli orta məktəbi üçün tikilmiş 360 şagird yerlik yeni məktəb binaları və əsaslı təmirdən sonra 320 şagird yerlik 4 nömrəli Ərçivan kənd orta məktəbi müəllim və şagirdlərin ixtiyarına verilmişdir.
Tədris müəssisələrində keçirilən mərasimlərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Milli Məclis sədrinin birinici müavini Ziyafət Əsgərov, parlamentin deputatı Vasif Əliyev, rayonun təhsil işçiləri, ağsaqqallar və ziyalılar yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və Heydər Əliyev Fondunun həyata keçirdiyi «Yeniləşən Azərbaycana yeni məktəb» lahiyəsi çərçivəsində inşa edilmiş məktəblərdə lazımı şəraitin yaradıldığını, yeni avadanlıq və kompyuterlərlə təmin olunduğunu diqqətə çatdırmışlar.
Tədbirdə birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun məktəbli çantaları və dərs ləvazimatları verilmişdir.