Astarada brakonyerliklə məşğul olan şəxs saxlanılıb
Astara, 23 mart, İlkin Adıyev, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Astara rayonu ərazisində Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ balıqlar aşkarlanıb.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:57]
Sabirabadda canavarlar təsərrüfata hücum edib
- 16.06.2026 [12:36]