Astarada ödənişli xidmətlərin həcmi 12,4 faiz artıb
Astara, 6 avqust, İlkin Adıyev, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Astarada ödənişli xidmətlərdən əldə olunan gəlir 2022-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 12,4 faiz artaraq 18350,0 min manat olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4957,4 min manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 27,0 faizini təşkil edib.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyərində dövlət mülkiyyətinin xüsusi çəkisi 24,6 faiz, qeyri-dövlət mülkiyyətinin xüsusi çəkisi isə 75,4 faiz təşkil edir. Qeyri-dövlət sektorunda göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə 22,1 faiz artaraq 13837,6 min manat olub, onun 96,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
2023-cü ilin yanvar-iyun ayları ərzində hər bir rayon sakini orta hesabla 165,2 manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 30,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:29]
Tovuzda ağır yol qəzası olub, ölən var
- 13.06.2026 [23:15]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib
- 13.06.2026 [22:57]
Qəbələdə inklüziv sinfin ilk buraxılışı olub
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]