ATAA ilə Milli Kulinariya Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə və inkişafına dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədə əsasən hər iki qurum gələcəkdə qarşılıqlı əlaqələrin inkişafı, əməkdaşlığın genişləndirilməsi, milli kulinariya nümunələrinin təşviqi, mətbəx turizminin xarici partnyorlar arasında tanıdılması və xüsusi marşrutların hazırlanması, eləcə də bu istiqamətdə infoturların təşkili üzrə birgə fəaliyyət göstərəcəklər.
Görüşdə həmçinin qastro turizmin inkişafı üzrə yeni təkliflərin hazırlanması, milli kulinariya nümunələrinin tanıdılması istiqamətində maarifləndirmə işlərinin aparılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:30]
Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir
- 14.10.2026 [18:16]
Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ
- 14.10.2026 [17:31]