ATƏT-in Minsk qrupunun ləğv edilməsi Azərbaycan diplomatiyasının ciddi uğurlarındandır - ŞƏRH
Bakı, 1 dekabr, AZƏRTAC
ATƏT-in Minsk qrupunun ləğv edilməsi Azərbaycan diplomatiyasının ciddi uğurlarından biri kimi qiymətləndirilə bilər. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, münaqişə tamamilə bitmiş hesab olunur. Azərbaycan və Ermənistan yeni sülh müqaviləsini imzalamağa hazırlaşır və bölgədə davamlı sülhün əldə olunmasında maraqlıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçi Mətin Məmmədli söyləyib. O bildirib ki, müharibə artıq bitdiyinə görə əvvəlki münaqişə dövründən qalmış hər hansı mexanizmə ehtiyac yoxdur. Minsk qrupu da keçmiş münaqişənin qalıqlarından biri kimi qiymətləndirilməli və gündəmdən çıxmalıdır.
“Azərbaycanın prinsipial mövqeyinin və haqlı tələbinin həyata keçirilməsi, qeyd etdiyimiz kimi, sülh prosesinə yalnız müsbət dinamika gətirə bilər”, - deyə ekspert vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [19:07]
WUF13: Qlobal strategiyalardan şəhər həllərinə - ŞƏRH
- 15.05.2026 [18:50]