ATİ-nin nəzdində peşə kursları fəaliyyətə başlayacaqdır
Bakı, 28 noyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdində peşə kursları fəaliyyətə başlayacaqdır.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, ATİ-nin nəzdində yaradılan Milli təlim mərkəzi turizm sektoru üçün lazım olan kadrların hazırlığı ilə məşğul olacaqdır. Mərkəzdə əsasən orta məktəbin yuxarı sinif şagirdlərinə, həmçinin orta təhsilini başa vurmuş şəxslərə xüsusi dil və peşə hazırlıqları keçiləcəkdir. Bu yolla ölkəmizdə inşa olunan müxtəlif tipli turizm obyektləri üçün lazımi xidməti personala tələbat ödəniləcəkdir. Bütün bunlar nəzərə alınaraq, ATİ-nin Milli təlim mərkəzi peşə kurslarına tələbə qəbulu elan etmişdir.
Kursları bitirib sertifikat alanlar işlə təmin olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]