Atıcılıq üzrə Avropa çempionatının 12-ci gününə start verilib VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatının 12-ci gününə start verilib.
AZƏRTAC xəbər verir ki, çempionatın 12-ci günü kişilər arasında 300 metrə standart üç vəziyyətdə atəşaçma, 50 metr məsafədə hədəfə atəşaçma ilə başlayıb.
Bu gün həm də kişilər və yeniyetmələr arasında dairəvi stend atıcılığı yarışlarına yekun vurulacaq.