“Atletiko Madrid” komandasının portuqaliyalı hücumçusu zədələnib
Bakı, 19 noyabr, AZƏRTAC
İspanıyanın “Atletiko Madrid” klubu daha bir ciddi itki ilə qarşılaşıb.
AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, bu dəfə komandanın portuqaliyalı hücumçusu Joao Feliks zədələnib. Onun müəyyən müddət yarışlardan kənarda qalacağı bildirilib.
Xatırladaq ki, “Atletiko Madrid”in müdafiəçisi Kiran Trippye zədələndiyi, hücumçu Antuan Qrizmann isə cəzalı olduğu üçün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda İtaliyanın "Milan" komandası ilə oyunda iştirak etməyəcəklər.
“Atletiko Madrid” - "Milan" komandaları arasındakı oyun noyabrın 24-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]