ATU-DA XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Texniki Universitetində (ATU) Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İl ərzində universitetdə Xocalıya həsr olunmuş müxtəlif tədbirlərin keçirildiyini qeyd edən prorektor Xaliq Yahudov ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı qanlı aksiyalar törətdiyini, bu hadisələrin zirvəsində Xocalı faciəsinin dayandığını vurğulamışdır. Bildirmişdir ki, Xocalıdakı döyüşlərdə ATU-nun iki tələbəsi iştirak etmiş, onlardan biri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Milli Məclisin deputatı, professor Astan Şahverdiyev ermənilərin müharibə qanunlarını pozaraq dinc əhaliyə amansız divan tutmasından, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciəyə siyasi qiymət verilməsindən, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından danışmışdır.
Universitetin işçisi, Xocalı sakini Nazim Hüseynov şahidi olduğu, tarixdə analoqu olmayan erməni qəddarlığından danışmış, şəhidlərin qanının yerdə qalmayacağına inamını ifadə etmişdir.
Tələbələr faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərmiş, Xocalı haqqında film nümayiş olunmuşdur.
Universitetin foyesində “Xocalı harayı” adlı kitab sərgisi və “XX əsrin faciəsi” mövzusunda fotosərgi təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]