“Aviation Services Group”da Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat köçürüb
Bakı, 26 mart, AZƏRTAC
Azərbaycanda mülki aviasiya xidmətləri göstərən “Aviation Services Group” (ASG) şirkətlər qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat köçürüb.
AZƏRTAC xəbər verir ki, “Aviation Services Group”un tərkibinə daxil olan şirkətlər hava limanlarında həmyerlilərimizin vətənə qaytarılması çərçivəsində gücləndirilmiş rejimdə işləyirlər.
“Aviation Services Group” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə əməl edərək müştərilərinin və əməkdaşlarının sağlamlığının qorunmasını təmin etmək üçün bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir.
“Aviation Services Group” koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə hökumət və Azərbaycan xalqı ilə həmrəyliyini bildirir və pandemiya ilə mübarizədə birlik göstərməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:43]
Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]
Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır
- 11.06.2026 [17:24]
Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?
- 11.06.2026 [16:52]
Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB
- 11.06.2026 [16:16]
Heyvanların identifikasiyası nə üçün vacibdir?
- 11.06.2026 [16:05]