İQTİSADİYYAT
Avqustda “Şimal” ES-də 142,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
Bakı, 29 sentyabr, AZƏRTAC
“Şimal” Elektrik Stansiyasında (ES) cari ilin avqust ayında 142,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Ötən 8 ay ərzində isə stansiyada elektrik enerjisi istehsalı 1 milyard 524,5 milyon kilovat-saatdan artıq olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.
“Şimal” ES-in daha da dayanıqlı işini təmin etmək məqsədilə zəruri ehtiyat hissələri alınıb, soyutma sistemində yaranan çətinliklərin aradan qaldırılması üçün tədbirlər görülüb. Hazırda mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilati tədbirlər qrafik üzrə davam etdirilir.