İDMAN
“Avro-2020”nin səkkizdəbir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Bakı, 24 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 23-də F qrupundakı Portuqaliya - Fransa və Macarıstan - Almaniya oyunundan sonra "Avro-2020“nin səkkizdəbir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, səkkizdəbir final mərhələsinin iyunun 26-da saat 20:00-da başlayacaq birinci oyununda Uels və Danimarka milliləri qarşılaşacaqlar. Həmin gün saat 23:00-da İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər.
İyunun 27-də Niderland -Çexiya (20:00), Belçika - Portuqaliya (23:00), iyunun 28-də Xorvatiya - İspaniya (20:00), Fransa - İsveçrə (23:00), iyunun 29-da isə İngiltərə - Almaniya (20:00) və İsveç - Ukrayna (23:00) komandalarının oyunu ilə səkkizdəbir final mərhələsinə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]