Avrokuboklar tarixində ilk: eyni mövsümdə beşinci qarşılaşma rekordu qeydə alınacaq
Bakı, 20 fevral, AZƏRTAC
Bolqarıstanın “Ludoqorets” və Macarıstanın “Ferentsvaroş” klubları bu mövsüm avrokuboklarda beşinci dəfə üz-üzə gələcək.
AZƏRTAC xəbər verir ki, bu, avrokuboklar tarixində yeni rekord hesab olunur. İndiyədək heç bir komanda cütü eyni mövsüm ərzində beş dəfə qarşılaşmayıb. Əvvəlki maksimum göstərici dörd oyun idi və bu hal bir neçə dəfə qeydə alınmışdı.
Hazırda komandalar UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparırlar. İlk matçda Bolqarıstan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu, 2025/2026-cı illər mövsümündə komandaların Çempionlar Liqası və Avropa Liqasında artıq üçüncü dəfə püşk nəticəsində qarşılaşması deməkdir. Bu hal Avropa turnirlərinin tarixində ilk dəfə qeydə alınıb.
Tərəflər arasında növbəti və son qarşılaşma fevralın 26-da Budapeştdə keçiriləcək. Bununla da “Ludoqorets” və “Ferentsvaroş” eyni Avropa mövsümündə beş dəfə qarşılaşan ilk komanda cütü kimi tarixə düşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:49]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]