AVROPA AZƏRBAYCANLILARI KONQRESİ 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI BƏYANAT YAYMIŞDIR
AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresi (AAK) 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı bəyanat yaymışdır. Bəyanatda deyilir ki, XIX əsrin əvvəllərindən başlayaraq kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülmüş ermənilər həmin yüzilliyin sonlarından etibarən “böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədi ilə Azərbaycan ərazilərində terror aktları törətmişlər. Erməni terroru nəticəsində hələ 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda minlərlə azərbaycanlı qətlə yetirilmişdir.
XX əsrin sonlarında keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyondan çox insan öz doğma yurd-yuvasından didərgin salınmış, 20 min nəfər qətlə yetirilmiş, torpaqlarımızın 20 faizi işğal olunmuşdur. Beynəlxalq birliyin hadisələrə laqeyd və etinasız münasibəti nəticəsində azğınlaşan təcavüzkar daha böyük cinayət - Xocalı soyqırımını törətmişdir.
Sənəddə bütün bunların müqabilində bəzi dövlətlərin və beynəlxalq təşkilatların XX əsrin əvvəllərində baş verdiyi iddia olunan, lakin heç bir tarixi fakt əsasında təsdiqlənməyən uydurma “erməni soyqırımı” ilə bağlı qərarlar qəbul etməsi də pislənmişdir.
AAK dünya birliyini bu tarixi ədalətsizliyə son qoymağa, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktlarına hüquqi və siyasi qiymət verməyə çağırmışdır.
Bəyanatı Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov imzalamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]