Avropa çempionatı: Azərbaycan şahmatçıları ikinci turu da qələbə ilə başa vurublar
Bakı, 14 noyabr, AZƏRTAC
Sloveniyada komandalar arasında Avropa çempionatının ikinci turunda kişi şahmatçılarımız Serbiya, qadın təmsilçilərimiz İsveç yığmasına qalib gəliblər.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət komandamız 3:1 hesablı qələbə qazanıb. Belə ki, Şəhriyar Məmmədyarov Aleksandar İndiç, Nicat Abasov Milos Perunoviçə qalib gəlib, Teymur Rəcəbov İvan İvaniseviç, Qədir Hüseynov Robert Markusla heç-heçə ediblər. Qadın şahmatçılarımız isə rəqib komandanı 4:0 hesabı ilə məğlub ediblər. Belə ki, Günay Məmmədzadə Ria Cramlinq, Xanım Balacayeva Jelena Andric, Ülviyyə Fətəliyeva Marqarita Zaritovskaya, Gülnar Məmmədova isə İnna Aqrest üzərində qələbə qazanıblar.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.
Çempionat noyabrın 21-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]