Avropa çempionatı: Karate üzrə kumite komandamız bürünc medal qazanıb
Bakı, 23 may, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində böyüklərin 56-cı Avropa çempionatında kumite üzrə kişilərdən ibarət komandamız uğurla çıxış edərək medal qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatın son günündə Avropa çempionatının bürünc medalı uğrunda İspaniya yığmasını məğlub edən komandamız üçüncü yeri tutub.
Qeyd edək ki, fərdi yarışlarda karateçilərimiz İrina Zaretska (68 kq) qızıl, Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) isə gümüş medallar qazanıblar.
Qitə çempionatında 15 karateçimiz iştirak edir. Yarışa bu gün yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]