Avropa çempionatı: Şahmatçılarımız Rusiya və Ukrayna komandaları ilə heç-heçə ediblər
Bakı, 16 noyabr, AZƏRTAC
Bu gün Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət komandamız Rusiya, qadın şahmatçılarımız isə Ukrayna yığması ilə qarşılaşmaları bərabər şəraitdə başa çatıb.
Belə ki, kişi şahmatçılarımız Şəhriyar Məmmədyarov Aleksandr Qrişuk, Teymur Rəcəbov Daniil Dubov, Qədir Hüseynov Andrey Esipenko, Rauf Məmmədov Kiril Alekseyenko ilə heç-heçə ediblər.
Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə Anna Uşenina, Xanım Balacayeva Nataliya Buksa üzərində qələbə qazanıblar. Digər təmsilçilərimiz Gövhər Beydullayeva Nataliya Jukova, Gülnar Məmmədova Yuliya Osmaka uduzublar.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]