Avropa çempionatı: Şahmatçılarımız yeddinci turda Rusiya və Niderland yığmaları ilə mübarizə aparacaqlar
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının yeddinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu turda kişi şahmatçılarımız Niderland, qadın təmsilçilərimiz isə Rusiya yığmaları ilə üz-üzə gələcəklər.
Altı turun yekunlarına görə, hər iki komandamızın aktivində 9 xal var. Bu nəticə ilə kişilərdən ibarət komandamız turnir cədvəlində 2-6-cı, qadın şahmatçılarımız isə 3-4-cü yerləri bölüşürlər.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət olan çempionat noyabrın 21-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]