Avropa çempionatında iştirak edəcək qadın voleybolçulardan ibarət millimizin ilk oyun tarixi müəyyənləşib
Bakı, 10 avqust, AZƏRTAC
Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyununu avqustun 18-də Çexiyaya qarşı keçirəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Növbəti qarşılaşmalarda rəqiblərimiz Almaniya, Türkiyə, Yunanıstan və İsveç yığmaları olacaq.
Millimiz C qrupunda yer alır. Qrup oyunlarımıza Almaniyanın Düsseldorf şəhəri ev sahibliyi edəcək.
Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. C qrupunda mərhələ adlayacaq komandalar bu etapda A qrupunda 1-4 yerləri tutacaq komandalarla qarşılaşacaqlar .
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]