Avropa çempionatında qadın şahmatçılarımız İtaliya yığmasını məğlub ediblər
Bakı, 18 noyabr, AZƏRTAC
Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatının altıncı turunda qadınlardan ibarət komandamız daha bir qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən Ülviyyə Fətəliyeva Daniela Movilyanuyaya qalib gəlib, Xanım Balacayeva Tea Queçi, Günay Məmmədzadə Marina Brunello, Gülnar Məmmədova isə Olqa Zimina ilə bərabər oyun nümayiş etdiriblər.
Beləliklə, İtaliya yığması ilə qarşılaşmada komandamız 2,5:1,5 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 6-cı turda kişilərdən ibarət komandamızın Ermənistan yığması ilə qarşılaşması heç-heçə ilə başa çatıb.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]