Avropa İttifaqı Rusiyanın enerji resurslarına hər ay 1,8 milyard avro xərcləyir
Bakı, 7 may, AZƏRTAC
Avropa İttifaqı Rusiyanın enerji resurslarına ayda 1,8 milyard avro xərcləyir və buna son qoyulmalıdır.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bunu Strasburqda Avropa Parlamentinin sessiyasında çıxışı zamanı deyib. O, həmçinin Ukraynanı dəstəkləmək üçün Rusiya qazından imtina etməyin zəruri olduğunu vurğulayıb.
2021-ci ildə Avropa İttifaqının Rusiyanın enerji resurslarına ayda 13 milyard avro xərclədiyini xatırladan siyasətçi bundan sonra ittifaq ölkələrinin Rusiyadan neft və qaz tədarükünə qayıtmasına imkan verməyəcəklərini bildirib.
Qeyd edək ki, mayın 6-da Avropa Komissiyası 2027-ci ilin sonunadək Rusiyadan qaz və nüvə yanacağı tədarükünə tam qadağa qoyulması ilə bağlı ikinci planını təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]