Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa İttifaqı Türk dünyası ilə yaxınlaşır ŞƏRH

Avropa İttifaqı Türk dünyası ilə yaxınlaşır ŞƏRH

Bakı, 2 aprel, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Türk dövlətləri ilə əlaqələri dərinləşdirmək üçün atdığı son addımlar, gələcək əməkdaşlığın daha da genişlənməsinə dair əhəmiyyətli bir siqnal kimi qiymətləndirilə bilər. Bu strateji dönüş kontekstində Türkiyə, Azərbaycan və Mərkəzi Asiya respublikaları kimi Türk dövlətləri Avropa İttifaqı üçün həm etibarlı tərəfdaş, həm də yeni əməkdaşlıq imkanları təqdim edən regionlar kimi ön plana çıxır. Aprel ayı ərzində planlaşdırılan görüş və məsləhətləşmələr bu intensivliyin artaraq davam edəcəyinə işarədir. Görünən odur ki, bahar havası münasibətlərin yenidən canlandırılması üçün maksimum dərəcədə səmərəli şəkildə istifadə ediləcək.

Bu fikirləri politoloq Aqil Məmmədovun “Avropa İttifaqı Türk dünyası ilə yaxınlaşır” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Almaniya Azərbaycanla yaxınlaşma siyasətinə keçir

Bu kontekstdə ilk təmas bu gün Bakıda baş tutdu. Almaniya Prezidentinin səfəri və intensiv görüşlər təkcə Bakı-Berlin münasibətləri baxımından deyil, eyni zamanda, Avropa İttifaqı-Türk Dövlətləri Təşkilatı arasında əlaqələrin dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, ABŞ–Aİ münasibətlərində müşahidə edilən soyuqluq fonunda Vaşinqtonun zəifləyən mövqelərinin yerini tutmağa rəsmi Berlin can atır. İkinci Dünya müharibəsindən sonra Yalta razılaşması ilə Qərb və Şərq maraq dairələrinə bölünən Avropa SSRİ-nin dağılması nəticəsində Şərqi Avropa ölkələrinin Moskvanın təsirindən çıxması ilə yenidən dəyişdi. 2020-ci ildən sonra baş verən proseslər və Prezident Donald Trampın həyata keçirdiyi xarici siyasət nəticəsində Vaşinqtonun Qərbi Avropa maraq dairəsində müəyyən mənada əvvəlki nəzarətini itirdiyi müşahidə olunur. Yaltadan bəri ilk dəfə Almaniya təkcə Avropanın iqtisadi gücü deyil, eyni zamanda, siyasi mərkəzə çevrilmə perspektivinə real şans qazanıb. Bu məqsədlə Almaniya təkcə Aİ daxilində deyil, həm də böyük gələcək vəd edən regionlarla yaxınlaşma siyasətinə keçid edir. Gözlənilir ki, Almaniya Qafqaz ölkələri ilə sıx təmas quraraq yaxın gələcəkdə bu regionda açılması mümkün olan geniş iqtisadi potensialdan faydalanmağa çalışacaq.

Xəzər hövzəsindən təbii qaz və neft tədarükünün artırılması Aİ-nin uzunmüddətli enerji təhlükəsizliyi üçün prioritet məsələlərdəndir. Məsələn, Azərbaycanla imzalanan yeni enerji memorandumları və Cənub Qaz Dəhlizinin potensial genişləndirilməsi Avropanın qaz tələbatının bir hissəsini qarşılamağa kömək edəcək. Almaniyanın burada da, öz iştirakını artırmaq və mümkün qədər möhkəmləndirmək niyyətində olduğu görsənir.

Aİ-Türkiyə yüksəksəviyyəli iqtisadi dialoqu 6 illik fasilədən sonra intensivləşir

Aİ-nin türk dövlətləri ilə yaxınlaşma siyasətinin başlanmasını göstərən digər mühüm amil, Türkiyə və Aİ arasında dialoq kanallarını inkişaf etdirmək üçün 2015-ci ildə təsis edilmiş Yüksək Səviyyəli İqtisadi Dialoq (HLED) mexanizminin yenidən canlandırılması barədə qərardır. Bu mexanizm çərçivəsində üç görüş keçirildikdən sonra verilmiş altıillik fasilədən sonra dialoqun bərpası 2024-cü ilin dekabr ayında Aİ-də təşkil edilən iclasda gündəmə gətirilib və Aİ zirvəsində də təsdiq olunaraq rəsmi xarakter alıb.

Bu yeni dövrün ilk toplantısı sabah, aprelin 3-də Brüsseldə keçiriləcək. Görüş tərəflər arasında iqtisadi əlaqələrin sürətlənməsi və strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Məlumata əsasən, toplantıda Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnkişaf Şurası Bankı kimi Avropa mənşəli maliyyə qurumlarının yüksəksəviyyəli nümayəndələri də iştirak edəcəklər. Altıillik fasilədən sonra dialoqun bərpa olunması Türkiyə–Aİ münasibətləri baxımından son dərəcə vacib addım kimi dəyərləndirilə bilər. Türkiyə rəsmiləri mütəmadi şəkildə Aİ-yə üzvlüyün Ankara üçün strateji hədəf olduğunu vurğulayıblar.

Türkiyənin qlobal enerji nəqli marşrutlarında dönüş nöqtəsi statusunda olması və yeni aşkar edilmiş yerli qaz ehtiyatları, Ankara–Brüssel xəttində iqtisadi prioritetləri daha da ön plana çıxarır. Aİ-nin Türkiyə ilə yüksəksəviyyəli iqtisadi dialoq formatında əməkdaşlığı bərpa etməsi də bu kontekstdə xarakterik nümunədir. Ümumiyyətlə, Türkiyə ixracının təxminən 42 faizi Aİ ölkələrinə yönəldilir və Türkiyə Avropa İttifaqının beşinci ən böyük ticarət tərəfdaşı statusuna malikdir.

Səmərqənd sammiti: Aİ-nin Mərkəzi Asiya siyasətində yeni səhifə açılır

Sabah, eyni zamanda, türk dövlətləri ilə Avropa İttifaqı arasında yaxınlaşma məsələlərinin Türk dünyasının mənəvi paytaxtı Səmərqənddə müzakirə ediləcəyi gözlənilir. Aİ-nin iki ən yüksəksəviyyəli rəsmisi – Ursula Fon der Lyayen və Antoni Koşta aprelin 3-4-də Özbəkistanda səfərdə olacaqlar. Bu sammit, Avropa İttifaqının Mərkəzi Asiya ilə ikitərəfli əməkdaşlığı dərinləşdirmək və regional inteqrasiyanı genişləndirmək istiqamətindəki geosiyasi maraqlarını nümayiş etdirməsi üçün başlıca platforma rolunu oynayacaq. Avrasiya məkanında cərəyan edən geosiyasi proseslər fonunda Aİ ilə Mərkəzi Asiya və bütövlükdə Türk dünyası arasındakı münasibətlər tədricən daha da strateji əhəmiyyət kəsb etməkdədir.

Qeyd etmək lazımdır ki, Aİ 2019-cu ildə Mərkəzi Asiya dövlətləri ilə əlaqələri dərinləşdirmək məqsədilə yeni Orta Asiya strategiyası qəbul edib. Bu yenilənmiş strategiya region ölkələri ilə daha möhkəm, müasir və inklüziv tərəfdaşlığı gücləndirməyə, Mərkəzi Asiyanı daha sabit, iqtisadi və siyasi baxımdan bir-biri ilə əlaqəli bir məkana çevirməyə yönəlib. Aİ Mərkəzi Asiyanın ikinci ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, bölgəyə qoyulan bütün xarici sərmayələrin 40 faizdən çoxunu təmin edən ən böyük investor rolunda çıxış edir. İkitərəfli münasibətləri daha da dərinləşdirmək məqsədilə Aİ, Türkmənistan istisna olmaqla, bütün Orta Asiya dövlətləri ilə genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq sazişlərini (EPICA) razılaşdırıb.

Beləliklə, Almaniya Prezidentinin Azərbaycana səfəri, Aİ–Türkiyə Yüksək Səviyyəli İqtisadi Dialoqunun yenidən bərpa olunması və Səmərqənddə Mərkəzi Asiya ilə ortaq Zirvə görüşünə hazırlıqlar Avropa İttifaqının uzunmüddətli əməkdaşlıq istiqamətində real addımlar atdığını göstərir. Bu vəziyyət türkdilli dövlətlərin yaşadığı coğrafiyada yeni tərəfdaşlıq formatlarının meydana çıxmasına zəmin yaradır. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin xammal ehtiyatları, tranzit potensialı, Türkiyənin mühüm nəqliyyat habına çevrilməsi Avropa üçün geniş perspektivlər açır. Digər tərəfdən, region dövlətləri də Aİ ilə tərəfdaşlığı iqtisadi modernləşmə, investisiya artımı və beynəlxalq bazarlara çıxış baxımından səmərəli hesab edirlər.

Gözləmək olar ki, qarşıdakı illərdə regiondakı aktivlik daha da yüksələcək, bir sıra irimiqyaslı infrastruktur və enerji layihələrinə start veriləcək. Rəqabət mühitinin güclənməsi isə həm Aİ, həm də region ölkələri üçün yeni imkanlar yaratmaqla yanaşı, mürəkkəb geosiyasi şəraitdə balans qurmağa da kömək edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır