Avropa Kuboku: "Abşeron Lions" doğma meydanda Kipr klubunu məğlub edib
Bakı, 24 sentyabr, AZƏRTAC
"Abşeron Lions" basketbol komandası Avropa Kubokunda ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi I təsnifat mərhələsində Bakı İdman Sarayında Kiprin "Anortosis" klubunu qəbul edib.
Avrokuboklarda debüt edən komandamız rəqibini 89:73 hesabı ilə üstələyib.
Qeyd edək ki, cavab görüşü oktyabrın 1-də Limassolda təşkil olunacaq.