Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Liqasının fınalı: Bakı düzgün seçim oldu?

Avropa Liqasının fınalı: Bakı düzgün seçim oldu?

Bakı, 17 may, AZƏRTAC

ABŞ-ın “The USA Tribune” portalında tanınmış idman şərhçisi, “Çelsi” futbol klubunun sadiq azarkeşi Etan Cenkinsin “Avropa Liqasının fınalı: Bakı düzgün seçim oldu?” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.

X X X

İngiltərənin dörd futbol klubu Avropa futbolunun ən yüksək titulları uğrunda mübarizəyə hazırlaşır. Hər iki fınala sayılı günlər qalır. UEFA Çempionlar Liqası və Avropa Liqası çempionluğu onlardan yalnız ikisinə nəsib olacaq.

Son oyun günlərində Avropa Liqası müəyyən dərəcədə kölgədə qaldı. Çünki dünyanın dörd bir yanından olan azarkeşlərin diqqəti Çempionlar Liqasının inanılmaz və son dərəcə maraqlı “nokaut” mərhələsinə yönəlmişdi: "Liverpul" möhtəşəm geridönüş edərək kataloniyalı rəqibi "Barselona"nı darmadağın etdi. Hollandiyanın “Ayaks” klubu isə yarımfınalın son saniyələrində “Tottenhem”ə məğlub olaraq fınala vəsiqəni əldən verdi.

Ancaq UEFA Avropa Liqası fınalının keçiriləcəyi məkan futbol dairələrində geniş müzakirə mövzusuna çevrilib. Nüfuzlu kütləvi informasiya vasitələri çoxsaylı idman şərhçiləri ilə Bakıya ev sahibliyinin həvalə olunması qərarının səbəbini təhlil etməyə çalışıb. Bunun nə dərəcədə düzgün və ya yanlış qərar olduğunu təxminən üç həftədən sonra biləcəyik. Ancaq hər halda bu qərarı tənqid atəşinə tutmağa heç bir əsas yoxdur.

Bakı şimaldan Rusiya, cənubdan İran, qərbdən Gürcüstan və Ermənistanla həmsərhəd Azərbaycan Respublikasının paytaxtıdır, Xəzər dənizinin sahilində yerləşir. Şəhərdə, şəhərətrafı kənd və qəsəbələrdə dörd milyon yeddi yüz min nəfər yaşayır. Bakı son illər ərzində iqtisadiyyatı yüksək templə inkişaf edən, çiçəklənən sənaye meqapolisi sayılır. Şəhər təbii resurslarla zəngin torpaqlar üzərindədir. Neft yataqları Bakı və onun ətrafında geniş əraziləri əhatə edir, dünyanın ən iri neft yataqlarından biri isə Abşeron yarımadasının sahillərində yerləşir.

1994-cü ildə ölkə rəhbərliyi "Əsrin müqaviləsi"ni imzalayıb. Bu, Qərbi Avropadan olan enerji şirkətlərinin ölkənin neft-qaz infrastrukturuna yatırımlarını və Azərbaycanın Qərbi qiymətli xammalla təchiz etməsini əhəmiyyətli dərəcədə stimullaşdırıb. Neft satışından gələn dollarlar ölkə büdcəsinə daxil olmağa başlayandan - 2006-cı ildən sonra hökumət infrastruktura, sosial proqramlara, silahlı qüvvələrə, idmana, hətta öz süni peyklərinin kosmosa buraxılmasına külli miqdarda vəsait ayırmağa başlayıb.

Hökumət və hökumətin maliyyələşdirdiyi müxtəlif təşkilatlar beynəlxalq idman yarışlarını Azərbaycana gətirmək, turizmi inkişaf etdirmək və gənclər proqramının reallaşdırılması yolu ilə idman mövqelərini gücləndirmək üçün çoxsaylı idman və əyləncə obyektlərinin inşasına milyonlar xərcləyib.

Bu günədək Azərbaycan çox sayda beynəlxalq yarışlar və müsabiqələrə, о cümlədən 2015-ci ildə şahmat üzrə dünya kuboku, Birinci Avropa Oyunları, Futbol üzrə 17 yaşadək (U-17) qızlar arasında dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2018-ci ildə cüdo üzrə dünya çempionatı, həmçinin “Eurovision” mahnı müsabiqəsi və başqa əyləncəli yarışlara ev sahibliyi edib.

Paytaxtı dünya xəritəsində əlamətdar etmək, onu beynəlxalq tədbirləri qəbul etməyə hazır vəziyyətə gətirmək üçün müxtəlif obyektlərin inşasına, infrastrukturun bərpasına, ictimaiyyətlə əlaqələr üzrə kampaniyalara milyardlarla dollar xərclənib.

Bakının ən gözəl məkanlarından biri elə Bakı Olimpiya Stadionudur. Avtomobillə şəhər mərkəzindən və Heydər Əliyev Beynəlxalq Aeroportundan bir neçə dəqiqəlik məsafədə yerləşir. Bu möhtəşəm idman arenası ilk tamaşaçıları hələ 2015-ci ildə birinci Avropa Oyunlarının açılışında qəbul edib. Geniş müzakirə olunan UEFA Avropa Liqası fınalı məhz burada keçiriləcək.

225 min kvadratmetr sahəsi olan arena 68 min 700 tamaşaçı üçün nəzərdə tutulub. Avropa Oyunları ilə yanaşı, stadionda artıq bir sıra əlamətdar futbol matçları da keçirilib. 2017-ci ildə “Qarabağ” futbol klubu öz ev oyunlarını burada keçirib, həmin vaxt klub ölkənin futbol tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

“Roma”, “Çelsi” və "Atletiko Madrid" klublarına qarşı matçlar (ev oyunları) məhz bu stadionda baş tutmuş, hər hansı insident qeydə alınmamışdı. Sevimli komandalarının "Qarabağ"a qarşı oyununu canlı izləmək üçün minlərlə avropalı azarkeş Bakıya axın etmişdi.

Ola bilsin, bütün bunlar, xüsusilə Çempionlar Liqasının qrup mərhələsinin üç oyununun və 2020-ci ildə təşkil ediləcək Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun keçirilməsi Avropa Liqası fınalının ev sahibliyinin Bakıya həvalə olunmasının əsas səbəblərindən biridir.

Bəs Avropa Liqasının keçiriləcəyi məkan ətrafında bu ajiotaj niyə ortaya çıxıb?

Avropa komandaları Avropa paytaxtlarında keçirilən yarışlara, həmin paytaxtlar isə minlərlə fanatı qəbul etməyə alışıb. Ola bilsin, kiçik Bavariya şəhərində avtobusa və ya Parisdən Madridə hərəkət edən avro-qatara minmək daha komfortlu və şübhəsiz ki, cəlbedicidir. Ancaq bu, о demək deyil ki, əksər Avropa paytaxtlarından Bakıya dörd-beş saatlıq uçuş normal hüdudları aşır.

"Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp, deyəsən, bununla razılaşmır. Klopp mətbuat konfransında başqa şəhərlər ola-ola, Avropa Liqası fınalının ev sahibliyini Bakıya həvalə edənlərin "səhər yeməyinə nə yediyi" ilə maraqlanıb.

Əslən Ştutqartdan olan çalışdırıcı və Dortmundun "Borussiya" klubunun baş məşqçisi olan dönəmlərdə şöhrət qazanmış Klopp belə bir fikir yürüdüb ki, Bakı orta statistik avropalı azarkeş üçün çox uzaq ola bilər. "Liverpul" baş məşqçisinin nə üçün belə bir fikir səsləndirdiyi aydın deyil. Aydın olan odur ki, Bakı beynəlxalq turnirlərə milyonlarla idman azarkeşinin axışdığı Avropa, Asiya, Afrika və ya digər qitələrin şəhərlərindən heç nə ilə fərqlənmir.

Götürək elə Rusiyada keçirilmiş dünya çempionatını. 2018-ci ilin yayında oyunları izləmək üçün Rusiyaya Avropadan milyonlarla azarkeş gəlmişdi. Halbuki ən populyar futbol matçlarının keçirildiyi şəhərlərdə, azarkeşlərin tələblərinə cavab verən vasitələr və infrastruktur kifayət etmirdi. Onların arasında "Die Mannshcaft" və "The Three Lions"a dəstək olmaq üçün yüz minlərlə alman və britaniyalı azarkeş yer alırdı.

Bir neçə il ərzində artan templə inkişaf edən Bakı da istisna deyil. Artıq yüzlərlə hotel və "Airbnb" sistemində iştirak edən özəl icarədarlar mayın sonuna kimi bronla bağlı sifarişlər qəbul edir. Bir neçə il əvvəl Azərbaycan rəhbərliyi viza verilişi üçün ərizələrin təqdim olunması ilə bağlı yeni sistem işə salıb. Bu sistem Cənubi Qafqaz ölkələrinə sürətli və sərfəli səyahətlərə şərait yaradıb.

Bu arada, Azərbaycan futbolunun rəsmi nümayəndəsi Elxan Məmmədov Kloppun replikalarına cavab verərək, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "dahi mütəxəssis"in bu bəyanatlarına təəccübləndiyini dilə gətirib.

О əlavə edib ki, futbol Avropa sərhədləri ilə məhdudlaşmamalıdır, əksinə, qloballaşmalıdır. Həqiqətən, ən zəngin klubların və idmançıların Avropaya məxsus olmasına baxmayaraq, coğrafi sərhədlərin genişlənməsi bu idman növünün qlobal səviyyədə daha da inkişaf etməsinə vəsilə ola bilər.

Tanınmış futbol karikaturaçısı Omar Momani bu cəsarəti öz üzərinə götürərək, Kloppu çəkdiyi karikatura ilə məsxərəyə qoyub, onu Azərbaycan qonaqpərvərliyini öz üzərində sınamağa dəvət edib.

"Bizə qoşulun, cənab Klopp, Azərbaycanın səhər yeməyi insanları birləşdirir, xoşbəxt edir. Dadına baxmağa dəyər!", - deyə birgə süfrə arxasında səhər yeməyi yeyən "Çelsi" və "Arsenal" futbolçularının və ağzının suyu axa-axa müxtəlif təamların olduğu masaya əyləşməyi arzulayan Kloppun təsvir olunduğu karikaturanın mətnində qeyd olunur.

Kloppun tənqidi çıxışlarına sonradan Britaniya Xarici İşlər Nazirliyi (XİN) də qoşulub. Britaniya XİN vətəndaşlarını ən yaxşı halda Azərbaycana səfər edən zaman ehtiyatlı olmağa, ən pis halda isə ümumiyyətlə, ölkəyə səfər etmək fıkrindən daşınmağa çağıran xəbərdarlıqla çıxış edib. Britaniya hökuməti hətta о "səviyyə"yə çatıb ki, vətəndaşlarını potensial terrorla qorxutmağa başlayıb. "Terrorçular, böyük ehtimalla, Azərbaycana hücum etməyə çalışacaq", - deyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur. Halbuki elə həmin bəyanatda əlavə olunur ki, hər il Azərbaycana təxminən yeddi min britaniyalı səfər edir və problemsiz şəkildə geri qayıdırlar.

Britaniyalı həmkarlarına cavabında Azərbaycan XİN rəsmi Londonun bu mövqeyinin aydın olmadığını bildirib.

"Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətlərlə bərabər, Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır", - deyə nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib.

Başqa ölkələrlə müqayisədə, daha çox beynəlxalq və daxili terrorla, о cümlədən, 2005-ci ildə terrorçu-kamikadzelərin silsilə partlayışları və ya bu yaxınlarda Vestminster istiqamətində bıçaqla törədilən hücumlarla üzləşmiş bir ölkənin öz vətəndaşlarını Azərbaycanda "terror riskləri" ilə bağlı xəbərdar etməsi, həqiqətən də, adamda təəccüb doğurur.

Məsələ ondadır ki, dini və etnik tolerantlığı ilə seçilən Azərbaycanla müqayisədə, Birləşmiş Krallıqda nifrət zəminində daha çox cinayətlər törədilir.

İş ondadır ki, terror bir yerdə dayanmır, yeni reallıqlarda inkişaf edir. Misal üçün, 2005-ci ildə Londonda terror hücumu nəticəsində 56 nəfər həyatını itirib və ya Madriddə qatarların partladılması nəticəsində 193 nəfər ölüb.

Bir məsələ gün kimi aydındır: terrorun bütün formaları mühakimə olunmalıdır, ona qarşı mübarizə aparılmalıdır, beynəlxalq miqyaslı tədbirlərlə bağlı terror riskləri ortaya çıxanda isə hökumətlər dünya vətəndaşlarını qorumaq üçün səylərini birləşdirməlidirlər. Yersiz bəyanatlar yox, yalnız səmərəli əməkdaşlıq terror və nifrət üzərində qələbə çala bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub