AVROPA SƏYYAHLARININ YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİNİN ŞƏXSİ ARXİVİNDƏN GÖTÜRÜLMÜŞ ƏSƏRLƏRİ NƏŞR EDİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, yeni nəşr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Yusif Vəzir Çəmənzəminlinın şəxsi arxivində saxlanan və adıçəkilən əsərlərdən götürülmüş qeydlərdən ibarətdir. 10-a yaxın Şərq və Avropa dillərini bilən Y.V.Çəmənzəminli 1923-cü ildə Parisin Milli Kitabxanasında orta əsrlərdə Azərbaycana səyahət etmiş alim və səyyahların əsərlərinin üzünü köçürmüşdür.
Azərbaycan tarixinə, coğrafiyasına, şəhərlərinə dair maraqlı məlumatlarla zəngin olan bu iki əsəri Əlyazmalar İnstitutunun əməkdaşı Sayalı Əliyeva fransız dilindən Azərbaycan dilinə tərcümə etmişdir.
Kitabın redaktoru tarix elmləri doktoru Fərid Ələkbərovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]