AVROPA ŞURASININ BAŞ KATİBİ AZƏRBAYCAN PREZİDENTİNİN ƏFV FƏRMANINI ALQIŞLAYIR
Valter Şvimmer bəyan etmişdir: “Bu, Azərbaycanda demokratik prosesə və ölkənin Avropa Şurasına daxil olarkən götürdüyü öhdəliklərin yerinə yetirilməsinə doğru yolda mühüm addımdır. Mən Prezidentin barışıq üçün atdığı cəsarətli addımı bəyənirəm. Bu addım Azərbaycanın həmin problemi – Avropa Şurasına üzv dövlətdə mövcud olmamalı olan problemi həll etmək iradəsini göstərir”.
Azərbaycan iqtidarı 2001-ci ilin yanvarında ölkə Avropa Şurasına daxil olarkən qeyri-hökumət təşkilatlarının “siyasi məhbuslar” hesab etdikləri şəxsləri azadlığa buraxmağı və ya onların barəsində yeni məhkəmə araşdırmaları aparılmasını öhdəsinə götürmüşdür.
Baş katib xatırladır ki, adları siyasi məhbus güman olunanların müstəqil ekspertlər tərəfindən hazırlanmış siyahısına daxil edilməmiş bir sıra adamların işləri mövcuddur. O, Azərbaycan iqtidarını barışıq ruhunda həll edilməli olan həmin işlərə də dərhal diqqət yetirməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]