Avropanın cənubunda havanın hərarəti 45 dərəcəyə yüksələ bilər
Bakı, 13 iyul, AZƏRTAC
Cənubi Avropa ölkələri “Serber” istilik dalğasının təsirinə məruz qalıb, yaxın günlərdə bəzi regionlarda havanın hərarəti 45 dərəcəyə yüksələ bilər.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, İspaniya meteorologiya xidməti yaxın günlərdə Pireney yarımadasının cənub-şərq rayonlarında temperaturun 45 dərəcəyə qalxacağını proqnozlaşdırır. Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə isə termometrlər artıq 40 dərəcəni göstərir. BBC telekanalının məlumatına görə, İtaliyada havanın hərarəti hətta 48 dərəcəni ötəcək. Sky News isə Yunanıstanın bəzi rayonlarında temperaturun 40-45 dərəcəyə yüksələcəyi barədə məlumat yayıb.
Anomal istilər “Serber” istilik dalğası ilə izah edilir. Cümə günü onu “Haron” atmosfer cəbhəsi əvəz edə bilər ki, bu da gələn həftə hərarətin daha da artmasına səbəb olacaq.
Cənubi Avropa ölkələrinin hakimiyyət orqanları əhalini küçəyə çıxarkən ehtiyat tədbirləri görməyə və zəruri olmadıqda səyahət etməməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [23:04]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]