Avstriyada 10 min İKT mütəxəssisinə ehtiyac var
Vyana, 1 fevral, AZƏRTAC
Müasir dünyamızda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı və onların gündəlik həyatımıza getdikcə daha çox nüfuzu istehsalatda bu sahə üzrə mütəxəssislərə tələbatı da artırır.
AZƏRTAC xəbər verir ki, hazırda Avstriya iqtisadiyyatında İKT üzrə 10 min yüksək peşəkarlığa malik mütəxəssisə ehtiyac var. Bu barədə məlumatı Avstriya İqtisadiyyat Palatasının əməkdaşı Alfred Harl “2019-cu il üzrə İKT status hesabatı”nı təqdim edərkən bildirib. Son illərdə İKT mütəxəssislərinə tələbatın, xüsusilə, sənaye müəssisələrində artdığını vurğulayan iqtisadçı ölkənin ali təhsil müəssisələrinə informatika sahəsinə aid ixtisaslar üzrə daha çox tələbələrin qəbul olunmasının vacibliyini qeyd edib. O, Avstriyanın yaxın gələcəkdə “digiNation” (rəqəmsal millət) ola bilməsi üçün hökumətdən İKT sahəsinə xüsusi diqqət ayırmağı tələb edib, həm ölkənin yerli iqtisadiyyatı, həm də xaricdə işləmək üçün peşəkar mütəxəssislərin yetişdirilməli olduğunu vurğulayıb.
Hazırda Avstriya universitet və texnikumlarında ümumilikdə 2 min tələbə İKT ixtisasları üzrə təhsil alırlar. A.Harl bu rəqəmin beş minə çatdırılması və həmçinin qadınların İKT sahəsinə marağının artırılması üçün xüsusi proqramların həyata keçirilməsini vacib hesab edib.
Qeyd edək ki, Avstriyada yüksək peşəkarlıq tələb edilən sahələr üzrə mütəxəssis çatışmazlığı hökm sürsə də, ölkənin miqrasiya qanunları bu ölkəyə yerləşmək istəyən peşəkar kadrların önünü kəsir. Olduqca çoxlu sayda maneələrdən ibarət sərt qaydaları nəzərə alan peşəkarlar Avstriyadansa, daha yüksək əməkhaqqı və sadə miqrasiya qanunları olan ölkələrə üstünlük verirlər. Məhz buna görə də İqtisadiyyat Palatası ali təhsil müəssisələrində tələbə sayının artırılması ilə kadr çatışmazlığı probleminin qarşısının alınacağına ümid edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.02.2026 [10:11]
Albaniya Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılıb
- 07.02.2026 [09:04]
ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək
- 07.02.2026 [07:56]
Enerji böhranına görə Kubada ciddi qənaət həyata keçirilir
- 07.02.2026 [07:02]
“Axios”: Ağ Ev Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır
- 07.02.2026 [06:41]
Yanvarda qlobal ərzaq qiymətləri dəyişib
- 07.02.2026 [05:38]
Tramp: İranla çox yaxşı danışıqlar apardıq
- 07.02.2026 [05:15]
Fransada müflis olan müəssisələrin sayı artıb
- 07.02.2026 [04:42]
“Saudia Airlines” 150 təyyarə almağı planlaşdırır
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub
- 06.02.2026 [23:15]
Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər
- 06.02.2026 [22:54]
Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib
- 06.02.2026 [21:53]
Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib
- 06.02.2026 [21:33]
QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib
- 06.02.2026 [21:03]
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 06.02.2026 [20:52]
Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
- 06.02.2026 [20:43]
Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət
- 06.02.2026 [20:25]
Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib
- 06.02.2026 [20:15]
Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət gücləndirilməlidir
- 06.02.2026 [19:29]
Azərbaycanlı alim Moskvada beynəlxalq müsabiqədə mükafata layiq görülüb
- 06.02.2026 [19:27]
Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib
- 06.02.2026 [19:13]
Qivami Rəhimli: Son nəfəsinə qədər Azərbaycanın dostu - Tomas Qolts
- 06.02.2026 [19:08]
Azərbaycan çempionatı: Sərbəst güləşdə 5 çəki üzrə finalçılar müəyyənləşib
- 06.02.2026 [19:06]
Gənclər Günü gəncliyə verilən dəyərin bariz nümunəsidir – Naxçıvanda tədbir
- 06.02.2026 [18:57]
Azərbaycan HDQ komandanı Pakistanda səfərdə olub
- 06.02.2026 [18:32]
Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar
- 06.02.2026 [18:31]
Ədliyyə naziri Göyçayda vətəndaşların müraciətlərini dinləyib
- 06.02.2026 [18:19]
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub
- 06.02.2026 [18:15]
Turistlər Azərbaycanda ən çox nəyə pul xərcləyirlər? – STATİSTİKA
- 06.02.2026 [18:10]
Paytaxtda ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb
- 06.02.2026 [18:06]
Bakıda tanınmış mütəxəssisin iştirakı ilə oxatma təlimləri keçirilib
- 06.02.2026 [18:04]
Ötən il Naxçıvanın büdcə daxilolmalarında qeyri-dövlət sektoru birinci olub
- 06.02.2026 [18:02]
Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələr təsdiqlənib FƏRMAN
- 06.02.2026 [17:53]
Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında ƏSASNAMƏ
- 06.02.2026 [17:51]
Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında ƏSASNAMƏ
- 06.02.2026 [17:50]
Neft DİM 7-yə nail olunmasında mühüm rol oynaya bilər
- 06.02.2026 [17:48]
“Naxçıvan” klubu amerikalı basketbolçu transfer edib
- 06.02.2026 [17:44]
Oman danışıqları neftin qiymətinə təsir edib
- 06.02.2026 [17:41]
Rumıniya–Bolqarıstan–Yunanıstan xətti regional iqtisadi balansı dəyişir
- 06.02.2026 [17:40]
“Bənövşə gölü” su anbarı yenidən qurulur: 7 kəndin su problemi həll olunacaq
- 06.02.2026 [17:39]
“İmişli” heyətinə yeni futbolçu cəlb edib
- 06.02.2026 [17:38]
Fransa ordunu gücləndirir
- 06.02.2026 [17:18]
Avropa Komissiyası “TikTok”a dizaynına görə xəbərdarlıq edib
- 06.02.2026 [17:10]
“Beşiktaş”dan növbəti transfer
- 06.02.2026 [17:10]
Siyasi şərhçi: Azərbaycan ədaləti öz gücü ilə bərpa etdi
- 06.02.2026 [16:53]
Zlatan İbrahimoviç Olimpiya məşəlini Milanda daşıyıb
- 06.02.2026 [16:52]
“YAŞAT” Fondu müharibə əlili Bəhrəm Abdullayevə dəstək göstərib
- 06.02.2026 [16:39]
Azərbaycanın turizm imkanları Türkiyədə beynəlxalq sərgidə təqdim olunur
- 06.02.2026 [16:37]
Azərbaycanda sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfə artıb
- 06.02.2026 [16:15]