Avstriyadakı məktəbdə silahlı insident nəticəsində ölənlərin sayı dəqiqləşdirilib
Bakı, 10 iyun, AZƏRTAC
Avstriyanın Qrats şəhərindəki məktəbdə silahlı insident nəticəsində səkkiz nəfər həlak olub, 28 nəfər isə yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, şəhər meri Elke Kar hadisə nəticəsində ölənlərdən yeddisinin məktəbli, birinin isə yaşlı insan olduğunu deyib.
Media cinayətkarın şəxsiyyəti barədə müxtəlif məlumatlar verir: bəziləri onun məktəbin şagirdi, digərləri isə məzunu olduğunu yazır. Hüquq-mühafizə orqanları hücum edən şəxsin cəsədini aşkarlayıb. Cinayətin motivləri hələ ki müəyyən edilməyib. Avstriyanın daxili işlər naziri Herhard Karner hadisə yerinə gəlib.
Xatırladaq ki, Avstriyanın Qrats şəhərindəki məktəbə silahlı hücum bu gün səhər saatlarında baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]