Avstriyalı mütəxəssis: Azərbaycan İdman Akademiyası ilə bir çox uğurlu layihələr həyata keçirmişik
Bakı, 28 fevral, Cavid Əliyev, foto, Azər İbrahimov, AZƏRTAC
Burada olmaq mənim üçün böyük qürurdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan İdman Akademiyasının (ASA) Fizioterapiya təhsil proqramı üzrə məsul şəxsi, Avstriyanın "Complex Core+" təşkilatının icraçı direktoru Roman Yahoda hazırladığı "Təməldən təfərrüata" kitabının təqdimatı barədə danışarkən deyib.
Avstriyalı mütəxəssis bu vaxta qədər Azərbaycan İdman Akademiyası ilə həm reabilitasiya, həm də idman sahəsində bir çox uğurlu layihələr həyata keçirdiklərini xatırladıb: “Bugünkü tədbirin əsas məqsədi indiyədək gördüyümüz işləri daha geniş auditoriyaya təqdim etmək idi. Ümid edirəm ki, bu görüşdən sonra yeni imkanlar yaranacaq, digər akademiya və universitetlərlə əməkdaşlığımız daha da genişlənəcək və həyata keçirdiyimiz layihələr daha geniş müstəvidə davam etdiriləcək".
O, daha əvvəl cüdoçu olduğunu bildirib: "Müxtəlif ölkələrdə təlim keçmişəm. Bunu fərqli idman növlərində edirik. Hətta Formula 1 pilotlarını da hazırlamışam. 15 ildən artıqdır ki, UEFA-nın baş fizioterapistiyəm. Uzun illərdən sonra bu kitab Azərbaycan dilində də çıxdı. Həqiqətən, Azərbaycan dilində çox yaxşı işlənib".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]