Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edəcək
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov martın 17-də Yevlax rayonunda Yevlax və Ucar sakinlərini, idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Zərdab rayonunda vətəndaşları qəbul edəcəklər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Məmmədovun qəbulu saat 10:00-da Yevlax şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Ə.Qocayev isə saat 10:00-da Zərdab şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda yalnız Zərdab rayonunun sakinləri iştirak edə bilərlər.
Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək. Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.
Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:14]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:10]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [16:04]