Aydan Cavadlı: Seçicilərimiz səsvermədə fəal iştirak edir
Bakı, 1 sentyabr, AZƏRTAC
Məntəqəmizin dislokasiya üzrə ərazisində seçkilərdə vətəndaşlarımızın aktiv iştirak etməsi üçün lazımi işlər görülüb. Bizim məntəqə üzrə 1124 seçicimiz var. Onlardan yeddi nəfər ilk dəfə seçkilərdə səs verir.
Bunu AZƏRTAC-a açıqlamasında 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 23 saylı seçki məntəqəsinin sədri Aydan Cavadlı söyləyib.
O bildirib ki, seçicilər səsvermədə fəal iştirak edir. “Səsvermədə iştirak etmək üçün ərizə yazan, həmçinin telefonla müraciət edən şəxslərə köməklik göstəririk. Yaşı 80-dən çox olan sakinlərimiz on nəfərdir. Çalışırıq ki, yaşlı sakinlərimizin evlərinə qutular göndərək”,- deyə o əlavə edib.