Azad Kərimli: Ölkəmizdə onkoloji xəstələrin müalicəsi ən müasir avadanlıqlarla aparılır
Bakı, 16 mart, Təhminə Verdiyeva, AZƏRTAC
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurlu səhiyyə islahatları həyata keçirilir. Səhiyyə sistemi müasirləşdirilir və yüksək texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təminatı istiqamətində davamlı işlər görülür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Bakıda “Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
A.Kərimli bildirib ki, Milli Onkologiya Mərkəzində yaradılmış şərait, ən müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisəsinin onkoloji xəstəliyin erkən diaqnostikası və müalicəsi, tibb personalının bilik və təcrübələrinin artırılması sahəsində görülən işlər təqdirəlayiqdir: “Ölkəmizdə onkoloji xəstələrin müalicəsi ən müasir avadanlıqlarla aparılır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:58]
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir
- 14.10.2026 [16:43]
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
- 14.10.2026 [16:18]
Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
- 14.10.2026 [15:50]
Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]