Azad olunan bölgələrdəki faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi prioritet istiqamətlərdəndir
Bakı, 30 dekabr, AZƏRTAC
Cari ildə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əsas prioritet sahələrindən biri işğaldan azad olunan bölgələrdə olan faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov 2022-ci ilin yekunlarına dair brifinqdə deyib.
O qeyd edib ki, ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur: “Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində 2023-cü ildə də digər işlərdə qaldığı yerdən davam etdiriləcək. Bu sahədə hesabatlılığın təmin edilməsi, yerin təkinin mühafizəsinin təmin olunması, mineral xammal bazamızın artırılması və qorunması, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilərək ölkəmizdə tətbiq olunması üçün intensiv olaraq işlər davam etdiriləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]