AZAL Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərinə müraciət edib
Bakı, 7 iyul, AZƏRTAC
Aviadaşımalara artan tələbatı nəzərə alaraq, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri uçuşdan daha əvvəl əldə etməyi tövsiyə edir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcək.
Aviaşirkət “Azərbaycan Hava Yolları”nın rəsmi saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən təlimat hazırlayıb. Videotəlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=9PiPTkNkBSU.
Sual yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 vatsap nömrəsi vasitəsilə Çağrı mərkəzinə müraciət edə bilərlər.
Qeyd edilib ki, mülki aviasiyanın işi müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]