AZAL Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərinə müraciət edib
Bakı, 12 sentyabr, AZƏRTAC
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər. Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bundan əlavə, AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qarşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir. Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməyə kömək edəcək.
Sual yarandığı təqdirdə, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 vatsap nömrəsi vasitəsilə Çağrı mərkəzinə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]