AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir
Bakı, 28 mart, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə aktiv şəkildə vətəndaşları karantin qaydalarına riayət etməyə çağırır.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, AZAL pandemiya ilə mübarizə çərçivəsində yeni #EVDƏQAL kampaniyasına start verir və ölkənin bütün strukturlarını bu təşəbbüsü dəstəkləməyə çağırır.