Azərbaycan – Norveç oyununu idarə edəcək hakimlər müəyyənləşib
Bakı, 13 noyabr, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin evdə Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma yunanıstanlı hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Referi Vasilis Fotias olacaq. Ona Xrisula Kurobiliya və Andreas Mentanas kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Agelos Evangeru yerinə yetirəcək.
Noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.
Millimizin yer aldığı A qrupunda Xorvatiya millisi 15 xalla birinci pillədə qərarlaşıb. Hesabında 12 xal olan Norveç və Avstriya yığmaları ilk üçlüyü qapayırlar. Finlandiya 7 xalla dördüncü, Azərbaycan 1 xalla beşincidir. Xalı olmayan Estoniya komandası isə qrupda sonuncudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]