Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ağsaqqallar Şurası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb

Azərbaycan Ağsaqqallar Şurası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev qurumun 21 min 500 üzvü adından beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb.

Ağsaqqallar Şurasından AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir:

“Müharibəni insanlığa qarşı cinayət kimi qiymətləndirən, mülki əhalinin, körpələrin və ahılların öldürülməsini yolverilməz sayan sülhsevər dünya ictimaiyyətinin, dövlətlərin və beynəlxalq təşkilatların diqqətinə!

Azərbaycanın bir milyondan artıq vətəndaşını öz ata-baba yurdlarından qovaraq ərazisinin iyirmi faizini işğal edən Ermənistan öz təcavüzkar siyasəti ilə 30 ildən artıq müddətdə bölgəmizdə sabitlik və təhlükəsizliyi ciddi təhdid yaradıb.

Bütün dünyada sülhün və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqışəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunmasına baxmayaraq, Ermənistan indiyə qədər bu tələblərə əməl etmir. Azərbaycanın ərazi bütövlüyünün və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığının diqqətə çatdırıldığı həmin qətnamələrdə münaqişə tərəfi olmayan mülki şəxslərin qorunmasının vacibliyi və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməzliyi vurğulanır. Lakin beynəlxalq hüquq normalarını saymayan Ermənistan bütün bu illər ərzində ciddi surətdə silahlanaraq öz militarist siyasətini davam etdirib, Azərbaycanın yeni ərazilərini işğal etməyə cəhdlər göstərib.

Belə ki, 2016-cı ilin aprelində Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq hərbi əməliyyatlara başlayıb, mülki əhalinin yaşadığı qəsəbə və kəndləri ağır silahlardan atəşə məruz qoyub. Yalnız Azərbaycan Ordusunun adekvat cavab tədbirlərindən sonra təxribata son qoyulub. Azərbaycanın yeni ərazilərini işğal etməyi qarşısına məqsəd qoyan Ermənistan cari il iyulun 12-də ölkəmizə qarşı yeni təxribat törədərək, münaqişə zonası olan Dağlıq Qarabağdan yüzlərlə kilometr kənarda yerləşən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb, yenə də Azərbaycan Ordusunun layiqli cavablarından sonra geri çəkilməyə məcbur olub. Sentyabrın 27-də Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda yenidən Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Düşmən ordusu hərbi mövqelərimizdən daha çox ölkəmizin böyük şəhərlərinin əhalisi sıx olan yaşayış məntəqələrinə, mülki və sənaye obyektlərinə ağır silahlardan və artilleriya qurğularından atəş açmağa üstünlük verib. Erməni təxribatçılarının döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərinə, Abşeron və Xızı, eləcə də Ağcabədi, Bərdə, Beyləqan, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax rayonlarına raket zərbələri endirməsinə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Ordumuz əks-hücum əməliyyatlarına başlayıb, qısa müddətdə düşmənə sarsıdıcı zərbələr endirərək Cəbrayıl və Füzuli şəhərlərini, 40-dan artıq yaşayış məntəqəsini, bir çox strateji yüksəklikləri işğaldan azad edib, Ermənistanın xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edib.

Oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə humanitar atəşkəs barədə razılaşma əldə olunsa da, atəşkəs rejiminin qüvvəyə minməsindən az sonra - oktyabrın 11-i gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə “Elbrus” (SCUD) ballistik raketləri ilə zərbələr endirib. Bu cinayətkar təxribat nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 16 qadın və 6 azyaşlı uşaq daxil olmaqla, 34 nəfər yaralanıb, 3 bina tamamilə dağıdılıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı mülki obyektlərə ziyan dəyib. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və xarici media işçiləri əraziyə baş çəkərək, erməni vəhşiliyinin əyani şahidi olublar.

Erməni silahlı qüvvələri oktyabrın 15-də səhər saatlarında işğal altında olan Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu atəşə tutub.

Kəskin beynəlxalq reaksiyaları vecinə almayan Ermənistan öz faşist xislətinə sadiq qalaraq hərbi cinayətlər törətməyə davam edib, oktyabrın 17-si gecə saat 1 radələrində 500 minə yaxın əhalisi olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə raket zərbələri endirib. İnsanların şirin yuxuda olduqları vaxt edilən bu dəhşətli raket hücumu nəticəsində 14 şəxs, o cümlədən 4 azyaşlı uşaq həyatını itirib, 52 nəfər ağır yaralanıb. Bu hərbi cinayət nəticəsində ölü və yaralı sayının daha da artacağı ehtimalı çox yüksəkdir. Eyni zamanda, çoxsaylı yaşayış binaları tamamilə dağılıb, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Gəncə şəhərinin dinc sakinlərinin ballistik raketlərlə atəşə tutulması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır. Mülki əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.

Biz ağsaqqallar Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktını qətiyyətlə pisləyərək bəyan edirik: “Azərbaycan hazırda öz tarixi torpaqlarını işğaldan azad etmək üçün Vətən müharibəsi aparır. Azərbaycan xalqı münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ölkə rəhbərliyinin göstərdiyi səyləri yüksək qiymətləndirərək, bu səylərin müsbət nəticə verəcəyini 30 il müddətində səbirlə gözləyib. Lakin son vaxtlar Ermənistanın ardıcıl törətdiyi təxribatlar hər kəsin səbir kasasını daşırıb. Ona görə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqımızın uzun illər boyu gözlədiyi əks-hücum əməliyyatlarına başlamaq barədə qətiyyətli qərarını ürəkdən dəstəkləyirik. Biz rəşadətli Ordumuzun uğurlarından qürur hissi keçirir, Azərbaycan xalqı, ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyalardan Prezidentin siyasətini dəstəkləyən 51 partiya ilə birlikdə dövlətimizin başçısının ətrafında monolit qüvvə kimi birləşərək onun müdrik siyasətini müdafiə etdiyimizi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Rəşadətli Ordumuzun zərbələrinə tab gətirməyərək dağılmaq həddinə çatan, fərarilərinin sayı günbəgün çoxalan, təhdid altında münaqişə zonasında saxlanılan Ermənistan ordusu müharibə meydanında əsgərlərimizə cavab verə bilməyərək, yaşayış məntəqələrimizi atəşə tutur, mülki əhali arasında təşviş yaratmağa çalışır. Lakin onların bütün səyləri nəticə vermir. Azərbaycan Ordusu və xalqı yenilməzdir. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır!

Beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə qəbul olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayət və insanlıq əleyhinə cinayətdir. Bu cinayətlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hesab edirik ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu qeyri-insani aktlara biganə qalmamalı, hərbi təcavüzə və mülki insanlara qarşı qəddar hücumlara son qoymağı Ermənistandan qətiyyətlə tələb etməlidir.

Bununla yanaşı, Ermənistana silah satan dövlətləri ölkəmizin şəhər və rayonlarını bombalamaqla mülki əhaliyə, xüsusən qadınlara, uşaqlara və körpələrə qarşı törədilən cinayətlərə ortaq olmamaq üçün ona silah satışını dayandırmağa çağırırıq.

Ermənistanın hərbi-siyasi rəhbərliyi terroru dövlət siyasəti vasitəsinə çevirib. Terrorçu dövlətə qarşı milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə adekvat tədbirlər görülməli, mülki əhaliyə qarşı hərbi cinayət törədənlər ədalət mühakiməsinə cəlb edilməlidir.

Biz bu müraciəti Birləşmiş Millətlər Təşkilatına, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qaçqınlar üzrə Ali Komissarlığına, Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna və Uşaq Fonduna (UNESCO və UNICEF), NATO və onun Parlament Assambleyasına, ATƏT və onun Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Avropa İttifaqına, Avropa Şurasına və onun Parlament Assambleyasına, Qoşulmama Hərəkatına, Müstəqil Dövlətlər Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Milli Demokratiya İnstitutuna, “Human Rights Watch”, “Transparensy İnternational”, “Amnesty İnternational”, “Sərhədsiz Jurnalistlər” və “Sərhədsiz həkimlər” təşkilatlarına ünvanlayırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir